6 may 2026. Çərşənbə

Dopinqə görə cəzalanan idmançımız: Şokdayam


  • Offside
  • 11:53 22.05.2021
  • Oxunma sayı: 169
Dopinqə görə cəzalanan idmançımız: Şokdayam

Azərbaycan ağırlıqqaldıranı Boyanka Kostova Beynəlxalq Ağırlıqqaldırma Federasiyası tərəfindən yarışlardan müvəqqəti kənarlaşdırılmasına dair qərara reaksiya verib.

Dünya və 4 qat Avropa çempionu qərarı gözlənilməz qarşıladığını bildirib.

"Heç nə deyə bilmərəm, şokdayam" söyləyən Kostova istifadəsi qadağan olunmuş maddənin orqanizminə necə düşməsindən xəbərsiz olduğunu vurğulayıb.

Qeyd edək ki, 59 kq çəki dərəcəsində yer alan bolqarıstanlı legionerin orqanizmindən istifadəsi qadağan olunmuş stanozolol anabolik steroidi tapılıb. İdmançı B testinin analiz nəticəsini tələb etmək hüququna malikdir.(report)







Offside