- Offside
- 23:46 19.03.2026
Azərbaycanın tanınmış karateçisi Rafael Ağayev Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında final görüşünə çıxıb.
Corner.az-ın məlumatına görə, 75 kq çəki dərəcəsində çıxış edən idmançı Ukrayna təmsilçisi Stanislav Horuna ilə üz-üzə gəlib.
Rəqibinə məğlub olan Ağayev ikinci yerlə kifayətlənib və gümüş medal qazanıb.
Daha əvvəl İrina Zaretska (68 kq) qızıl, Pənah Abdullayev (84 kq) isə gümüş medal əldə edib.
***
Azərbaycan karateçisi İrina Zaretska Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında final görüşünə çıxıb.
Corner.az-ın məlumatına görə, 68 kq çəki dərəcəsində çıxış edən idmançı həlledici görüşdə Yunanıstan təmsilçisi Vasiliki Panetsidu ilə qarşılaşıb.
Rəqibini məğlub edən Zaretska Avropa çempionu olub.