25 noyabr 2024. Bazar ertəsi

Həsrət Avropa üçüncüsü oldu, Xasay üçün bürünc medal şansı


  • Offside
  • 21:30 22.05.2021
  • Oxunma sayı: 175
Həsrət Avropa üçüncüsü oldu, Xasay üçün bürünc medal şansı
Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilərin Avropa çempionatı sona yaxınlaşır.

Corner.az xəbər verir ki, altıncı yarış günündə 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
 
Həsrət Cəfərov ilk mərhələdən rumıniyalı rəqibinə qalib gəlib. Gürcüstan pəhləvanını sonuncu xal prinsipinə əsasən sıradan çıxaran həmyerlimiz yarımfinalda Macarıstan idmançısına minimal fərqlə uduzub. Rəqib yarımfinaladək heç bir görüş keçirmədiyi üçün, yəni Fransa və Avstriya güləşçiləri xalça üzərinə çıxmadığı üçün Həsrət birbaşa Avropa üçüncüsü ünvanını qazanıb.
 
Xasay Həsənli Avropa çempionatına İsveçrə güləşçisi üzərində qazandığı inamlı qələbəylə start verib. Ancaq daha sonra böyüklər arasında Avropa ikincisi olmuş erməni rəqibinə məğlub olub.
 
Qeyd edək ki, bu çəkilərdə təsəlliverici və həlledici qarşılaşmalar mayın 23-də keçiriləcək. Təsəlliverici görüşlər Bakı vaxtı ilə 18:00-da, medallar uğrunda mübarizə isə 20:00-da başlayacaq.
 
67 kq
1/8 final: Həsrət Cəfərov – Vasile Aleksandru Dosoftey (Rumıniya) 4:1
1/4 final: Həsrət Cəfərov - Joni Xetsuriani (Gürcüstan) *1:1
1/2 final: Həsrət Cəfərov - Kriştian İştvan Vança (Macarıstan) 3:4
Bürünc medal görüşü: Həsrət Cəfərov - Qakik Snjoyan (Fransa) +:-
 
72 kq
1/8 final: Xasay Həsənli – Mixael Portman (İsveçrə) 8:0
1/4 final: Xasay Həsənli - Malxas Amoyan (Ermənistan) 0:7
Təsəlliverici görüş: Xasay Həsənli - Otar Abuladze (Gürcüstan)
 






Offside