25 noyabr 2024. Bazar ertəsi

Məmmədyarov Aronyan'a qalib gəldi, Rəcəbov lider oldu


  • Offside
  • 01:15 25.05.2021
  • Oxunma sayı: 214
Məmmədyarov Aronyan'a qalib gəldi, Rəcəbov lider oldu

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsində bu gün növbəti 5 tur keçirilib.

Corner.az-ın məlumatına görə, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov "The FTX Crypto Cup"un VI turunda bir-birinə rəqib olublar. Görüş heç-heçə ilə yekunlaşıb.

VII turda Məmmədyarovu qara fiqurlarla Ermənistan təmsilçisi Levon Aronyanı, Rəcəbov isə ağ fiqurlarla İddiaçılar Turnirinin qalibi, rusiyalı Yan Nepomnyaşini yenməyi bacarıb.

VIII turda Rəcəbov ağ fiqurlarla ABŞ təmsilçisi Uesli So ilə, Məmmədyarov isə Nepomnyaşi ilə heç-heçə edib.

IX turda Məmmədyarov qara fiqurlarla So ilə, Rəcəbov fransalı Maksim Vaşye-Laqravla "sülh"ə razılaşıb.

X turda isə Rəcəbov ağ fiqurlarla argentinalı Alan Piçotu, Məmmədyarov Vaşye-Laqravı yenib.

Beləliklə, 10 turdan sonra xalını 6,5-ə çatdıran Rəcəbov ABŞ təmsilçiləri Fabiano Karuana və Hikaru Nakamura ilə birgə ilk 3 yeri bölüşür. Məmmədyarov isə 5 xalla 16 şahmatçı arasında 10-cu pillədə gedir.

Çempionlar Turu, VI mərhələ

"The FTX Crypto Cup"

24 may

VI tur

Teymur Rəcəbov - Şəhriyar Məmmədyarov - 0,5:0,5

VII tur

Şəhriyar Məmmədyarov - Levon Aronyan (Ermənistan) - 1:0

Yan Nepomnyaşi (Rusiya) - (Teymur Rəcəbov) - 0:1

VIII tur

Teymur Rəcəbov - Uesli So (ABŞ) - 0,5:0,5

Şəhriyar Məmmədyarov - Yan Nepomnyaşi (Rusiya) - 0,5:0,5

IX tur

Uesli So (ABŞ) - Şəhriyar Məmmədyarov - 0,5:0,5

Maksim Vaşye-Laqrav (Fransa) - Teymur Rəcəbov - 0,5:0,5

X tur

Teymur Rəcəbov - Alan Piçot (Argentina) - 1:0

Şəhriyar Məmmədyarov - Maksim Vaşye-Laqrav (Fransa) - 1:0

İlk 5 turdan sonra Teymur Rəcəbov 3 xalla 5-ci, Şəhriyar Məmmədyarov isə 1,5 xalla 14-cüdür.

Qeyd edək ki, turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonusdur.







Offside