- Offside
- 13:25 24.11.2024
Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsi olan "The FTX Crypto Cup"da bu gün 1/4 final mərhələsinin cavab görüşləri keçirilib.
Corner.az-ın məlumatına görə, Azərbaycan şahmatçısı Teymur Rəcəbov da bu raundda cavab görüşlərini keçirib.
İlk gündə Niderland təmsilçisi Aniş Girini 2,5:1,5 hesabı ilə məğlub edən 34 yaşlı qrossmeyster bu dəfə görüşlərinin hamısını heç-heçə ilə başa vurub. Bununla da 2:2 hesablı heç-heçəyə nail olan Rəcəbov ilk oyun günündəki qələbə sayəsində yarımfinala adlayıb.