25 noyabr 2024. Bazar ertəsi

Millimiz Qızıl Avropa Liqasına hazırlığı başa vurdu


  • Offside
  • 20:35 28.05.2021
  • Oxunma sayı: 174
Millimiz Qızıl Avropa Liqasına hazırlığı başa vurdu

Qızıl Avropa Liqasında iştirak edəcək qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Rumıniyanın “Horia Demian” idman zalında son məşqinə çıxıb.

Corner.az xəbər verir ki, A qrupunda mübarizə aparacaq yığmamız bu gün 21:00 da ilk rəsmi görüşünü İspaniya millisinə qarşı keçirəcək.

Voleybolçularımız Qızıl Avropa Liqasına hazırlıq mərhələsində vaxtın az olmasına baxmayaraq, təlim-məşq toplanışı çərçivəsində 2 yoldaşlıq görüşü də keçirib.

Komandamız Qızıl Avropa Liqasının A qrupunda Fransa, Rumıniya və İspaniya ilə mübarizə aparacaq. Komandalar ilk dövrəni mayın 28-30-da Rumıniyada, ikinci dövrəni iyunun 4-6-da Fransada oynayacaqlar.

Qeyd edək ki, Qızıl Avropa Liqasında hər qrupda 4 komanda 3 qrupda mübarizə aparacaq. İki dövrədən ibarət olacaq oyunlardan sonra qrup mərhələsinin qalibi və ən yaxşı ikinci yerin sahibi iyunun 19-20-də Bolqarıstanda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq. B qrupunun iştirakçısı olan Bolqarıstan yığması finala vəsiqə qazanan komandalar arasında yer tutmazsa, o, həlledici mərhələyə qrup birinciləri ilə birgə ev sahibi kimi qatılacaq.

Qızıl Avropa Liqası
A qrupu

1-ci dövrə, Rumıniya

28.05.21
21:00. İspaniya – Azərbaycan

29.05.21
18:00. Azərbaycan – Rumıniya

30.05.21
21:00. Fransa – Azərbaycan

2-ci dövrə, Fransa

04.06.21
19:00. İspaniya – Azərbaycan
05.06.21

22:00. Fransa – Azərbaycan

06.06.21
17:00. Azərbaycan – Rumıniya







Offside