1 fevral 2026. Bazar günü

Ukrayna yığmasının sabiq futbolçusu saxlanılıb


  • Offside
  • 13:49 29.05.2021
  • Oxunma sayı: 188
Ukrayna yığmasının sabiq futbolçusu saxlanılıb

Ukrayna milli komandasının sabiq futbolçusu Vyaçeslav Şevçuk Kiyevdə saxlanılıb.

Corner.az-ın məlumatına görə, "Şaxtyor Donetsk"un keçmiş üzvü "Porsche 911" markalı avtomobilin sükanı arxasında olub.

Bildirilir ki, o, içkili vəziyyətdə olub. Şevçuk alkoqol testi verməkdən imtina edib və polisə müqavimət göstərib. Sonradan 42 yaşlı veteran oyunçu polis şöbəsinə aparılıb.

Qeyd edək ki, Vyaçeslav Şevçuk Ukrayna millisində 2003 - 2016-cı illərdə forma geyinib.







Offside