23 oktyabr 2024. Çərşənbə

Anadolu Efes basketbol üzrə Avro Liqa çempionu oldu


  • Offside
  • 10:15 31.05.2021
  • Oxunma sayı: 186
Anadolu Efes basketbol üzrə Avro Liqa çempionu oldu

Almaniyanın Köln şəhərində basketbol üzrə Avro Liqanın "Final dördlüyü"nün həlledici matçı yekunlaşıb.

Corner.az xəbər verir ki, son matçda "Barselona" "Anadolu Efes"lə üz-üzə gəlib. İspaniya komandası qarşılaşmaya üstün tərəf kimi başlayaraq, birinci hissəni 7 xal üstünlüyü ilə udub - 22:15. Amma ikinci hissədə İstanbul təmsilçisi əzmkarlıq göstərərək, 39:36 hesabı ilə irəli çıxıb.

Fasilədən sonra Ergin Atamanın komandası üstünlüyü artırmağı davam etdiriblər. Üçüncü yarı "Efes"in 65:58 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunun son hissəsində "Barselona" oyunda dönüş yaratmağa çalışıb, amma "Anadolu Efes" 86:81 hesab ilə qalib gələrək, Avro Liqa çempionu olub.

Qeyd edək ki, bu, "Anadolu Efes"in turnirdə ilk qələbəsidir.







Offside