12 iyul 2026. Bazar günü

19 yaşlı futbol hakimi oyundan əvvəl öldü


  • Offside
  • 10:19 31.05.2021
  • Oxunma sayı: 200
19 yaşlı futbol hakimi oyundan əvvəl öldü

İspaniyalı futbol hakimi Fernando Alkaras Bernal oyundan əvvəl dünyasını dəyişib.

Corner.az Mursiya Regional Futbol Federasiyasının rəsmi "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, 19 yaşlı referi isinmə hərəkətləri zamanı huşunu itirib. Gənc referiyə stadionda olan defibrillyatorla ilkin yardım göstərilib.

Hadisə yerinə təcili yardım briqadası gəlsə də, 19 yaşlı hakimin həyatını xilas etmək mümkün olmayıb.







Offside