23 oktyabr 2024. Çərşənbə

Elmir Cəbrayılov Avropa çempionu oldu


  • Offside
  • 23:25 03.06.2021
  • Oxunma sayı: 330
Elmir Cəbrayılov Avropa çempionu oldu
Polşanın Budqoş şəhərində keçirilən Açıq Avropa Çempionatı keçirilir.

Corner.az xəbər verir ki, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə idmançısı, T13 kateqoriyasında iştirak edən Elmir Cəbrayılov 400 m qaçış növündə 49.88 s nəticə göstərərək yarışın qızıl medalını qazanıb.
 
Bu, millimizin çempionatda qazandığı 5-ci medaldır (3 qızıl, 1 gümüş, 1 bürünc). Daha öncə F53 kateqoriyasında iştirak edən Elvin Astanov nüvə itələmə növündə 8.23 m nəticə göstərərək yarışın qızıl ,T12 kateqoriyasında iştirak edən Səid Nəcəfzadə uzunluğa tullanma növündə 6.97 m nəticə göstərərək yarışın qızıl, T11 kateqoriyasında iştirak edən Toğrul Hümbətov uzunluğa tullanma növündə 5.67 m nəticə göstərərək bürünc, F57 kateqoriyasında iştirak edən Həmid Heydərli nizə atma növündə 43.49 m nəticə göstərərək yarışın gümüş medalını qazanıb.






Offside