- Offside
- 13:25 24.11.2024
Braziliya millisinin futbolçusu Neymar yığmanın düşərgəsində xoşagəlməz hadisə ilə üzləşib.
Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı hücumçu qaldıqları otelin qarşısında milli komandanın avtobusundan düşdükdən sonra iki azarkeşin hücumuna məruz qalıb. Azarkeşlər Neymarın əşyalarını oğurlamağa cəhd göstərsələr də, təhlükəsizlik işçiləri tərəfindən hadisə yerindən uzaqlaşdırılıblar.
Neymar hadisədən sonra otelə daxil olub.