5 may 2026. Çərşənbə axşamı

Dünya çempionatında 12 cüdoçumuz mübarizə aparacaq


  • Offside
  • 22:13 05.06.2021
  • Oxunma sayı: 199
Dünya çempionatında 12 cüdoçumuz mübarizə aparacaq

Sabah Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə dünya çempionatı start götürəcək.

Corner.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, olimpiadaya lisenziya xarakterli çempionatda Azərbaycanı 12 cüdoçu təmsil edəcək. Kişilərin yarışında Davud Məmmədsoy, Kəramət Hüseynov (60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (66 kq), Nurlan Osmanov, Hidayət Heydərov (73 kq), Murad Fətiyev, Zelim Tkçayev (81 kq) və Elmar Qasımov (100 kq) mübarizə aparacaqlar.

Qadınların mübarizəsində isə ölkəmizi Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) təmsil edəcəklər.







Offside