22 oktyabr 2024. Çərşənbə axşamı

Dünya çempionatı: Cüdoçumuz yarımfinala yüksəldi


  • Offside
  • 15:53 07.06.2021
  • Oxunma sayı: 155
Dünya çempionatı: Cüdoçumuz yarımfinala yüksəldi

Azərbaycan cüdoçusu Orxan Səfərov (66 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb.

Corner.az-ın məlumatına görə, 1/4 finalda fransalı Kilian Le Bluku məğlub edən idmançının finala gedən yolda rəqibi yaponiyalı Yoşiro Maruyama olacaq.

Mübarizəyə 1/32 finaldan başlayan Səfərov ardıcıl olaraq, Natan Berns (İrlandiya), Sərdor Nurillayev (Özbəkistan) və Veyl Ezziyə (Əlcəzair) qalib gəlib.

Bu çəkidəki digər cüdoçu Nicat Şıxəlizadə isə startda Lüsian Dumitreskiyə (Rumıniya) uduzub.

Qadınların yarışında Gültac Məmmədəliyeva (52 kq) 1/32 finalda Tatyana Levitska - Şukvanidən (Gürcüstan) güclü olsa da, növbəti raundda Astrid Qneto (Fransa) ilə bacarmayıb.

Qeyd edək ki, yarışın ilk günündə 60 kq-da çıxış edən Kəramət Hüseynov bürünc medal qazanıb.







Offside