22 oktyabr 2024. Çərşənbə axşamı

Bir boksçumuz finalda, ikisi yarımfinal görüşünə çıxmadı


  • Offside
  • 17:29 07.06.2021
  • Oxunma sayı: 155
Bir boksçumuz finalda, ikisi yarımfinal görüşünə çıxmadı

Azərbaycan boksçusu Alfonso Dominqes Fransada keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin finalına yüksəlib.

Corner.az-ın məlumatına görə, 81 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü döyüşə çıxmadan bu hüquqa yiyələnib. Buna rəqibinin qarşılaşmadan imtinası səbəb olub.

Hər iki boksçu Tokio-2020-yə lisenziyaya yiyələndiyindən, İspaniyanı təmsil edən Qazimaqomed Jalidov Domingeslə mübarizədən imtina edib.

Yığmanın digər boksçularından Lorenso Sotomayor (69 kq) Andrey Zamkovoyla (Rusiya), Məhəmməd Abdullayev (+91 kq) isə Murad Əliyevlə (Fransa) yarımfinal görüşünə qatılmayacaq. Olimpiadaya lisenziyanı təmin edən idmançılar zədə səbəbindən rinqə çıxmayacaqlarından, bürünc medalla kifayətləniblər.

Turnirin final döyüşləri iyunun 8-də olacaq.

Qeyd edək ki, kişi boksçulardan ibarət milli komandanın 5 üzvü Tokio-2020-də iştiraklarını rəsmiləşdiriblər.







Offside