22 oktyabr 2024. Çərşənbə axşamı

Boksçusumuz Avropa Olimpiya Təsnifat Turnirində qızıl medal qazandı


  • Offside
  • 13:32 08.06.2021
  • Oxunma sayı: 153
Boksçusumuz Avropa Olimpiya Təsnifat Turnirində qızıl medal qazandı

Azərbaycan boksçusu Alfonso Dominqes Fransada keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin qalibi olub.

Corner.az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü döyüşə çıxmadan çempion tituluna yiyələnib. Buna rəqibi – Benjamin Uitakerin (Böyük Britaniya) final qarşılaşmasından imtina etməsi səbəb olub.

Beləliklə, Avropa Olimpiya Təsnifat Turniri Azərbaycan millisi üçün başa çatıb. Yarışı Alfonso Dominqes qızıl, Lorenzo Sotomayorla (69 kq) Məhəmməd Abdullayev (+91 kq) bürünc medalla bitirib.

Həmçinin onlarla yanaşı, Tayfur Əliyev (57 kq) və Cavid Çələbiyev (63 kq) Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.







Offside