- Offside
- 22:56 11.07.2026
Atletika üzrə Azərbaycan yığmasının üzvü Anna Skidan Açıq Kiyev çempionatının qalibi olub.
Corner.az-ın məlumatına görə, çəkicatma növündə çıxış edən atlet 73.50 metr nəticə ilə bütün rəqiblərini qabaqlayıb.
Qeyd edək ki, Anna Skidan Tokio-2020 Yay Olimpiya Oyunlarına da lisenziya qazanıb.