25 noyabr 2024. Bazar ertəsi

Tokio-2020: İki karateçimiz lisenziyasız qaldı


  • Offside
  • 16:12 12.06.2021
  • Oxunma sayı: 161
Tokio-2020: İki karateçimiz lisenziyasız qaldı

Azərbaycanın daha iki karateçisi Fransanın paytaxtı Parisdə keçirilən təsnifat turnirində qüvvəsini sınayıb.

Corner.az-ın məlumatına görə, kişilərin mübarizəsində kata növündə Roman Heydərov, qadınlardan isə kumite üzrə Fəridə Abiyeva (61 kq) yarışıb.

6 nəfərlik qrupda 1-ci, 8 nəfərlik qruplarda isə 3 və 5-ci yerləri tutan Heydərov mübarizəni dayandırıb və lisenziya şansını itirib.

Abiyeva isə ilk görüşündə Jaklin Faktosa (Ekvador) 3:1 hesabı ilə qalib gəlsə də, növbəti qarşılaşmada almaniyalı Anna Miqqounun müqavimətini qıra bilməyib. Nəticədə o da lisenziyasız qalıb.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın 3 karateçisi - Rafael Ağayev (75 kq), Firdovsi Fərzəliyev (60 kq) və İrina Zaretska (61 kq) Tokio-2020-də iştirak hüququ qazanıb.







Offside