- Offside
- 13:25 24.11.2024
Azərbaycanın bədii gimnastları Zöhrə Ağamirova və Arzu Cəlilova Bolqarıstanın Varna şəhərində keçirilən Avropa çempionatıında çıxışlarını başa vurub.
Corner.az-ın məlumatına görə, final mərhələsində halqa, top, gürz və lentlə hərəkətlərin cəmində ümumilikdə 93.250 xal toplayan Ağamirova 16-cı olub. Hakimlərin 4 hərəkətə görə 92.500 xal verdiyi Cəlilova isə yarışı 17-ci pillədə bitirib.
Axşam seansında isə çoxnövçülük üzrə komanda yarışları baş tutacaq. Azərbaycanın qrup hərəkətləri komandasının tərkibində Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Nərminə Səmədova və Yelizaveta Luzan yer alıblar.