- Offside
- 23:24 05.12.2025
Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Polşanın paxtaxtı Varşavada keçirilən "Poland Open" turnirində bürünc medal görüşünə çıxıb.
Corner.az-ın məlumatına görə, 82 kq-da çıxış edən idmançı Maqnus Qroyenviklə (Norveç) üz-üzə gəlib.
Rəqibini 9:0 hesabı ilə məğlub edən Hüseynov fəxri kürsünün 3-cü pilləsinə qalxıb.