- Offside
- 13:25 24.11.2024
Azərbaycan təmsilçisi Mirəşrəf Kazımzadə İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində keçirilən 22 yaşadək boksçular arasında Avropa çempionatına qələbə ilə başlayıb.
Corner.az-ın məlumatına görə, 75 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda Gürcüstanı təmsil edən erməni əsilli Arşak Yelizbaryanla üz-üzə gəlib.
Hər üç raundda güclü olan Kazımzadə rəqibini 3:0 hesabı ilə üstələyib.
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatında 7 boksçu ilə təmsil olunur.