25 noyabr 2024. Bazar ertəsi

Zenfira Həşimova Avropa üçüncüsü oldu


  • Offside
  • 21:21 18.06.2021
  • Oxunma sayı: 160
Zenfira Həşimova Avropa üçüncüsü oldu

Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir.

Corner.az xəbər verir ki, dördüncü yarış günündə 40, 46, 53, 61 və 69 kq-da yer alan qızlar xalça üzərinə çıxıb.

Mübarizəyə 1/4 finalda qoşulan Zenfira Həşimova fransalı rəqibinə “tuşe” ilə qalib gələrək adını yarımfinala yazdırıb. Ancaq finalın bir addımlığında belaruslu həmkarıyla bacarmayan Həşimova iyunun 18-də bürünc medal görüşünə çıxıb. Gürcüstan idmançısını üstələyən Zenfira Avropa üçüncüsü olub.

Əsmər Canqurtaran qitə birinciliyinə inamlı start verib. Həmyerlimiz təsnifat mərhələsində cəmi 32 saniyəyə rumıniyalı rəqibini “tuşe” ilə üstələyib. Ancaq növbəti mərhələdə polşalı güləşçiyə məğlub olub.

46 kq
1/4 final: Zenfira Həşimova – Julyet Leskur (Fransa) 5:3 (tuşe)
1/2 final: Zenfira Həşimova – Svetlana Katenka (Belarus) 1:8
Bürünc medal görüşü: Zenfira Həşimova – Marina Satkoevi (Gürcüstan) 5:0

53 kq
Təsnifat: Əsmər Canqurtaran – Krişta Kafay (Rumıniya) 2:4 (tuşe)
1/8 final: Əsmər Canqurtaran – Nikola Drozdek (Polşa) 2:4







Offside