22 oktyabr 2024. Çərşənbə axşamı

ABŞ-da çıxış edən azərbaycanlı futbolçu zədələndi


  • Offside
  • 09:51 23.06.2021
  • Oxunma sayı: 131
ABŞ-da çıxış edən azərbaycanlı futbolçu zədələndi

ABŞ-ın "Finiks Rayzinq" klubunda çıxış edən azərbaycanlı futbolçu Rüfət Dadaşov zədələnib.

Corner.az-ın məlumatına görə, 29 yaşlı hücumçu Milli Futbol Liqasında (USL) "San Dieqo Loyal"a səfərdə 1:2 hesabı ilə uduzduqları görüşdə xəsarət alıb.

Dadaşov görüşün 59-cu dəqiqəsində məcburi əvəzlənməli olub. Dadaşovun sümüyü əzilib və o, son iki gündə komanda ilə məşqlərdə iştirak etməyib.

Oyunçunun iyunun 27-də "Sakramento" ilə qarşılaşmanı buraxacağı gözlənilir.

Qeyd edək ki, Rüfət Dadaşov 2020-ci ilin yanvarında ABŞ klubuna keçib. 







Offside