21 mart 2026. Şənbə

Millimiz 1/8 final mərhələsinə vəsiqə qazandı


  • Offside
  • 14:46 23.06.2021
  • Oxunma sayı: 203
Millimiz 1/8 final mərhələsinə vəsiqə qazandı

Çimərlik futbolu üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində sonuncu oyununa çıxıb.

Corner.az-ın məlumatına görə, D qrupunda mübarizə aparan yığma Portuqaliyanın Nazare şəhərində Estoniya yığması ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan komandasının 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Millinin qollarını Elçin Qasımov, Orxan Məmmədov və Sabir Allahquliyev vurub. Digər qolu isə rəqib öz qapısından keçirib. Beləliklə, xallarının sayını 6-ya yüksəldən Azərbaycan millisi 1/8 finala yüksəlib.

Qrupun digər qarşılaşmasında İsveçrə və Fransa komandaları üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl İsveçrəyə 5:8 hesabı ilə uduzub, Fransaya isə qalib gəlib - 2:0.







Offside

“Bakı Kuboku” başa çatdı
  • Offside
  • 16:42 21.03.2026
“Bakı Kuboku” başa çatdı