25 noyabr 2024. Bazar ertəsi

Rüstəm Orucov: Bayraqdarlarla bağlı tilsimi qıracağam


  • Offside
  • 16:33 25.06.2021
  • Oxunma sayı: 138
Rüstəm Orucov: Bayraqdarlarla bağlı tilsimi qıracağam

"Çox sevinirəm. Bu, mənim üçün sürpriz oldu. İkinci dəfədir ki, bayraqdar seçilirəm. Çox sağ olsunlar ki, məni seçib və layiq görüblər".

Corner.az xəbər verir ki, bu fikirləri cüdoçu Rüstəm Orucov Azərbaycanın Tokio-2020 Yay Olimpiya Oyunlarında bayraqdarı olmasına münasibət bildirərkən deyib.

73 kq çəki dərəcəsində çıxış edən idmançı bu şərəfə nail olduğuna və ölkəni təmsil etdiyinə görə fəxr hissi duyduğunu söyləyib: "Olimpiya Oyunları kimi yarışda bu bayrağı aparmaq mənim üçün böyük şərəfdir. Olimpiadada bayraqdan olmaq mənim arzularımdan biri idi. Amma Tokioya təkcə bayraqdar olmağa yox, həm də himnimizi səsləndirməyə və bayrağımızı qaldırmağa gedirəm. Yarışda öz sözümü deməyə çalıacağam".

Orucov əvvəlki olimpiadalarda Azərbaycan bayraqdarlarının uğursuz çıxış etmələrinə də toxunub: "Mən Yay Olimpiya Oyunlarına hazıram. Qismət olsa bu tilsimi qıracağam".

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 23 iyul - 8 avqustda keçiriləcək. Rüstəm Orucov 2016-cı ildə Braziliyada keçirilən olimpiadada gümüş medala sahib olub. Bayraqdar 2017 (Budapeşt) və 2019-cu (Tokio) illərdə dünya çempionatının gümüş medalına layiq görülüb. Cüdoçu həmçinin 2016-cı ildə Kazan şəhərində baş tutan Avropa çempionatının qalibi olub. Orucov bayraqdar olduğu Minskdə keçirilən 2-ci Avropa Oyunlarında da gümüş medal qazanıb.(report)







Offside