25 noyabr 2024. Bazar ertəsi

Maradonanın həkimi məhkəmə qarşısına çıxır


  • Offside
  • 11:55 26.06.2021
  • Oxunma sayı: 218
Maradonanın həkimi məhkəmə qarşısına çıxır

Argentina millisinin əfsanəvi futbolçusu Dieqo Maradonanın həkimi Leopoldo Luke iyunun 28-də məhkəmədə ifadə verəcək.

Corner.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, o, sabiq oyunçunun əvəzinə bəzi sənədlərə imza atmaqda günahlandırılır.

Maradonanın saxta imzasının yer aldğı sənədlər hüquq-mühafizə orqanları tərəfindən Lukenin ofisində və evində aşkarlanıb.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında vəfat edib. Onun xroniki ürək çatışmazlığından qaynaqlanan kəskin ağciyər ödəmi nəticəsində öldüyü bildirilib. Leopolde Luke daha əvvəl Maradonanın ölümündə də ittiham olunub.(report)







Offside