22 oktyabr 2024. Çərşənbə axşamı

Məhəmməd Salah olimpiadada iştirak etməyəcək


  • Offside
  • 13:19 03.07.2021
  • Oxunma sayı: 150
Məhəmməd Salah olimpiadada iştirak etməyəcək

"Liverpul"un futbolçusu Məhəmməd Salahın Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak etməyəcəyi dəqiqləşib.

Corner.az Misir Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Misirin olimpiada yığmasının baş məşqçisi Şoki Qarib 22 nəfərlik siyahıya 29 yaşlı yarımmüdafiəçinin adını daxil etməyib.

Qeyd edək ki, Tokio olimpiadası 23 iyul - 8 avqustda keçiriləcək. Misir millisi qrup mərhələsində İspaniya, Avstraliya və Argentina ilə mübarizə aparacaq.







Offside