22 oktyabr 2024. Çərşənbə axşamı

Tokio-2020: Braziliya millisinin heyəti açıqlandı, Neymar kənarda qaldı


  • Offside
  • 13:29 03.07.2021
  • Oxunma sayı: 192
Tokio-2020: Braziliya millisinin heyəti açıqlandı, Neymar kənarda qaldı

Braziliya millisinin Tokio-2020 Yay Olimpiya Oyunları üçün heyəti açıqlanıb.

Corner.az Braziliya Futbol Konfederasiyasının rəsmi saytına istinadən xəbər verir ki, olimpiya yığmasının baş məşqçisi Andre Jardin heyətə 22 oyunçu daxil edib.

"San Paulu" komandasında oynayan dünyanın ən titullu futbolçusu 38 yaşlı Daniel Alveş, "Everton"dan Riçarlison və "Arsenal"dan Qabriel Martinelli də siyahıda yer alıb.

Fransanın PSJ klubunda çıxış edən Neymar isə olimpiadada çıxış etməyəcək.

Qeyd edək ki, Tokio olimpiadası 23 iyul - 8 avqustda keçiriləcək. Braziliya seçməsi F qrupunda Çin, Zambiya və Niderlandla mübarizə aparacaq.







Offside