22 oktyabr 2024. Çərşənbə axşamı

FIFA referimiz Konfrans Liqasının oyununu idarə edəcək


  • Offside
  • 11:22 05.07.2021
  • Oxunma sayı: 141
FIFA referimiz Konfrans Liqasının oyununu idarə edəcək

FIFA referisi Elçin Məsiyev UEFA Konfrans Liqasının oyununa təyinat alıb.

Corner.az-ın məlumatına görə, 30 yaşlı baş hakim Moldovanın "Petrokub" və Şimali Makedoniyanın "Sileks" komandaları arasında I təsnifat mərhələsinin cavab görüşünü idarə edəcək.

Ona yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcəklər. Dördüncü hakim isə Kamal Umudlu olacaq.

Qeyd edək ki, iyulun 15-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.







Offside