- Offside
- 13:25 24.11.2024
"Roma"nın futbolçusu Stefan El-Şaaravi ilə bağlı istintaq işi açılıb.
Corner.az "Corriere della Sera" nəşrinə istinadən xəbər verir ki, buna səbəb 29 yaşlı hücumçunun "Lamborghini" markalı avtomobilini oğurlamağa çalışan oğrunu döyməsi olub.
Hadisə bu il fevralın 12-də baş verib. Dostu və "Milan"dan olan keçmiş komanda yoldaşı Alessio Çerçinin evində "Play Station" oynayan forvard naməlum şəxsin maşınını oğurlamaq istədiyini görüb və dərhal küçəyə qaçan El-Şaaravi cinayətkarı zərərsizləşdirdikdən sonra polisə xəbər verib.
Mayda məhkəmənin qərarı ilə 1 il 4 ay müddətinə azadlıqdan məhrum edilən şəxs özünə qarşı fiziki təzyiq göstərildiyini əsas gətirərək, futbolçudan hüquq-mühafizə orqanlarına şikayət edib.
Təcrübəli oyunçunun iyulun sonunda ifadə verəcəyi bildirilib.