25 noyabr 2024. Bazar ertəsi

İngiltərə millisinin sabiq hücumçusu dünyasını dəyişdi


  • Offside
  • 12:44 10.07.2021
  • Oxunma sayı: 156
İngiltərə millisinin sabiq hücumçusu dünyasını dəyişdi

İngiltərə milli komandasının sabiq hücumçusu Pol Mariner dünyasını dəyişib.

Corner.az yığmanın rəsmi saytına istinadən xəbər verir ki, veteran futbolçu 68 yaşında vəfat edib. Marinerin ölüm səbəbi barədə açıqlama verilməyib.

Qeyd edək ki, Pol Mariner 1977 - 1985-ci illərdə milli komandanın formasını geyinib. Yığmada 35 oyun keçirmiş forvard 13 qol vurub. O, ölkəsinin "İpsviç" klubu ilə 1978-ci ildə İngiltərə Kubokunun, 3 il sonra isə UEFA Kubokunun qalibi olub. Mariner "Arsenal" və "Portsmut" komandalarının uğurları üçün çalışıb.







Offside