22 oktyabr 2024. Çərşənbə axşamı

Şəhriyar Məmmədyarov Kasparov'u 7 gedişə məğlub etdi


  • Offside
  • 22:53 10.07.2021
  • Oxunma sayı: 182
Şəhriyar Məmmədyarov Kasparov'u 7 gedişə məğlub etdi

Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən "Croatia Grand Chess Tour”un blits turniri start götürüb.

Corner.az-ın məlumatına görə, iki gün davam edəcək turnirin birinci günündə Şəhriyar Məmmədyarov 9 turda mübarizə aparır.

Belə ki, Şəhriyar Məmmədyarov ilk görüşdə fransalı Maksim Vaşye-Laqrava uduzub. Daha sonra rusiyalı Yan Nepomnyaşiyə və niderlandlı Jorden Van Forestə qalib gəlib.

Rusiyanın daha bir şahmatçısı Aleksandr Qrişuk və polşalı Yan-Kşıştof Dudaya məğlub olan şahmatçımız 6-cı turda eks-dünya çempionu, Rusiyalı şahmatçı Harri Kasparova cəmi yeddi gedişə qalib gəlib.







Offside