22 mart 2026. Bazar günü

28 ildir hər zaman onunla oyunu gözləyirdim - Şəhriyar Məmmədyarov


  • Offside
  • 12:25 11.07.2021
  • Oxunma sayı: 192
28 ildir hər zaman onunla oyunu gözləyirdim - Şəhriyar Məmmədyarov

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Xorvatiyanın paytaxtı Zaqrebdə “Grand Chess Tour”un blits yarışının 6-cı turunda 13-cü dünya çempionu Harri Kasparovu cəmi 7 gedişə məğlub edib.

Corner.az xəbər verir ki, 36 yaşlı qrossmeyster qələbəsi ilə bağlı “feysbuk” səhifəsində fikirlərini bölüşüb:

“28 ildir şahmatla məşğul oluram. Hər zaman tarixin ən sevdiyim şahmatçısı Kasparov olub. Onun oyunları inanılmaz olub.

28 ildir hər zaman onunla oyunu gözləyirdim. Və cəmi 7 gedişə qalib gəldim. Bu isə hər 4 ilə 2 gediş deməkdir.

Siz hələ də dostunuzla şahmat oynayanda “bir az tez oyna” deyirsiz? Sizi çox sevirəm, dəstəyiniz üçün. O, bir dahi şahmatçıdır, biz isə tarixin bir parçası”.







Offside

“Bakı Kuboku” başa çatdı
  • Offside
  • 16:42 21.03.2026
“Bakı Kuboku” başa çatdı