22 oktyabr 2024. Çərşənbə axşamı

Şəhriyar Məmmədyarov Kasparov'u yenə də məğlub etdi


  • Offside
  • 00:20 12.07.2021
  • Oxunma sayı: 156
Şəhriyar Məmmədyarov Kasparov'u yenə də məğlub etdi

Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan Blits şahmat üzrə “Grand Chess Tour” başa çatıb.

Corner.az xəbər verir ki,  yarışın ikinci günündə şahmatçılar daha doqquz turun oyunlarını keçirib. Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə bu gün altı xal toplayıb.

O, XV tur çərçivəsində 13-cü dünya çempionu Harri Kasparovla qarşılaşıb. Şəhriyar  rəqibinə bir gün öncə olduğu kimi yenə də qalib gəlib. Ş.Məmmədyarov bu dəfə qara fiqurlarla oynaraq, 26-cı gedişdə Kasparovu təslim edib.

Ümumilikdə 19 xal toplayan Məmmədyarov turniri altıncı pillədə başa vurub.

Yarışın qalibi adını franslı Maksim Vaşye-Laqrav qazanıb. O, 23 xalla hamını qabaqlayıb. İkinci yeri 21 xalla hindistanlı keçmiş dünya çempionu Vişvanatan Anand, üçüncü yeri 20,5 xalla Aniş Qiri (Niderland) tutub.







Offside