22 oktyabr 2024. Çərşənbə axşamı

Fəridə Əzizova: Tokiodan medalla qayıdacağıma inanıram


  • Offside
  • 10:56 14.07.2021
  • Oxunma sayı: 169
Fəridə Əzizova: Tokiodan medalla qayıdacağıma inanıram

"İdmançı üçün bayraqdar seçilmək ilk növbədə, qürur hissi, eyni zamanda böyük məsuliyyətdir. Çalışacağıq ki, bu məsuliyyətin altından layiqincə çıxaq".

Corner.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan taekvondoçusu Fəridə Əzizova Tokio-2020 Yay Olimpiya Oyunlarında bayraqdar seçilməsi barədə danışarkən deyib.

67 kq-da çıxış edən idmançı bildirib ki, bu, özü üçün əlavə motivasiyadır: "Biz bayraqdar olaraq, oraya öz bayrağımızı aparacağıq. Bütün Azərbaycanın bizə dəstək olması və arxamızda dayanması yaxşı stimul olacaq. Mən belə hiss edirəm".

Əzizova olimpiadaya medal qazanmaq üçün yollanacağını söyləyib: "Bütün olimpiadalarda olduğu kimi döyüşlər çətin keçəcək. Bu, mənim 3-cü olimpiadam olacaq. Yetərincə təcrübə qazanmışam. Bu dəfə medalla qayıdacağıma inanıram".

Qeyd edək ki, Fəridə Əzizova Azərbaycan bayrağını iyulun 23-də keçiriləcək açılış mərasimində cüdoçu Rüstəm Orucovla birlikdə daşımalıdır. Onun döyüşləri isə iyulun 26-da olacaq.







Offside