25 noyabr 2024. Bazar ertəsi

Güləşçilərimiz dünya çempionatına yollandı


  • Offside
  • 15:16 17.07.2021
  • Oxunma sayı: 150
Güləşçilərimiz dünya çempionatına yollandı

İyulun 19-da Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə güləşçilərin dünya çempionatı start götürəcək.

Corner.az xəbər verir ki, iyulun 25-dək davam edəcək mundialın ilk 3 günündə sərbəst güləş üzrə mübarizə baş tutacaq.

Məsul yarışda Azərbaycanı təmsil edəcək yığma bu gün Budapeştə yollanıb. Heyətdə böyük məşqçi Əsgərxan Novruzovun, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında Yusif İsparov (45 kq), Hacı Kərimov (48 kq), Elman Məmmədov (51 kq), Cavid Cavadov (55 kq), Abdulrəhman İbrahimov (60 kq), Ağanəzər Novruzov (65 kq), İlkin Ağayev (71 kq), Səttərxan Allahverdili (80 kq), Yusif Dursunov (92 kq) və Azay İsmayılov (110 kq) yer alıb.

Qeyd edək ki, dünya çempionatında beynəlxalq dərəcəli hakim Natiq Hacıyev ədaləti qoruyacaq.







Offside