22 mart 2026. Bazar günü

Azərbaycan cüdoçularından Avropa kubokuna uğurlu start


  • Offside
  • 22:34 17.07.2021
  • Oxunma sayı: 191
Azərbaycan cüdoçularından Avropa kubokuna uğurlu start
Çexiyanın Praqa şəhərində gənc cüdoçular arasında Avropa kubokuna start verilib.

Corner.az xəbər verir ki, beynəlxalq turnirin ilk günündə Azərbaycan cüdoçuları 3 medal qazanıblar.
 
Belə ki, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Qasım Vəlizadə gümüş medala sahib olub. Daha bir təmsilçimiz Rəşad Quluzadə (66 kq) qitə kubokunda 2-ci yeri tutub. Qızların yarışında Nərmin Əkbərli (+78 kq) bürünc medala layiq görülüb.
 
Beləliklə, gənclərdən ibarət milli komandamız Praqa turnirinin ilk günündə aktivinə 2 gümüş və 1 bürünc medal yazdırıb.
 
Qeyd edək ki, Avropa kubokunda 33 ölkədən 383 cüdoçu yarışır.






Offside

“Bakı Kuboku” başa çatdı
  • Offside
  • 16:42 21.03.2026
“Bakı Kuboku” başa çatdı