25 noyabr 2024. Bazar ertəsi

Millimiz Olimpiada üçün son hazırlıq prosesinə start verdi


  • Offside
  • 08:29 20.07.2021
  • Oxunma sayı: 164
Millimiz Olimpiada üçün son hazırlıq prosesinə start verdi

Avqustun 1-dən 7-dək Tokio Olimpiadasında güləş yarışları keçiriləcək.

Corner.az xəbər verir ki, Azərbaycanı Olimpiya Oyunlarında təmsil edəcək hər 3 güləş növü üzrə milli komandalar son hazırlıq mərhələsinə keçib.

Belə ki, Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışını başa vuraraq, Bakıya qayıdan yığmalarımız Tokioya səfər ərəfəsində son 1 həftəlik hazırlıq prosesini paytaxtda keçəcək.

Bu gün Olimpiya Güləş Mərkəzində son hazırlıq mərhələsinə start verilib. Bu məşqlər əsasən taktiki-texniki çalışmalar üzərində qurulacaq. Olimpiyaçılarımız ölkə xaricindən dəvət olunmuş sınaqçı-rəqiblərlə (sparrinq) birgə hazırlıq prosesini davam etdirəcək.

Qeyd edək ki, komandalarımız Tokioya iyulun 27-də yollanacaq.







Offside