1 fevral 2026. Bazar günü

Tokio-2020: İtən idmançı tapıldı


  • Offside
  • 16:54 20.07.2021
  • Oxunma sayı: 219
Tokio-2020: İtən idmançı tapıldı

Tokio-2020 Yay Olimpiya Oyunlarına gəldikdən sonra itən uqandalı ağırlıqqaldıran Culius Sekitoleko tapılıb.

Corner.az xəbər verir ki, yığmanın düşərgəsindən qaçan 20 yaşlı idmançı Mie prefekturasında ortaya çıxıb.

Culius Uqandada ağır həyat tərzindən şikayətlənib və ora qayıtmaq istəmədiyindən, yığmanın düşərgəsini tərk edərək, qaçmışdı. O, komanda yoldaşlarından əşyalarını həyat yoldaşına çatdırmalarını istəmişdi. Daha sonra Culiusun sürət qatarına bilet aldığı üzə çıxıb və idmançının izinə düşən polis uqandalını tapıb.

Tokio-2020 Yay Olimpiya Oyunları 23 iyul-8 avqustda keçiriləcək.







Offside