- Offside
- 13:25 24.11.2024
Futbol üzrə Avropa Konfrans Liqasında 2-ci mərhələyə start verilib.
Corner.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib.
Bu oyunlardan ikisində Uels təmsilçisinin biri darmadağınla qalibsə, digəri isə elə darmadağınla məğlub olub.
Azərbaycanı bu yarışda təmsil edəcək “Qarabağ”, “Sumqayıt” və “Keşlə” də məhz bu mərhələdən mübarizəyə qoşulacaq. İyulun 21-də keçiriləcək yeganə oyun məhz “Sumqayıt”la Serbiya “Çukariçki”si arasında baş tutacaq. Qalan qarşılaşmalar isə bir gün sonra keçiriləcək. “Qarabağ” doğma meydanda İsrail “Aşdod”unu qəbul edəcəksə, “Keşlə” səfərdə Rusiya “Soçi”si ilə üz-üzə gələcək.
Konfrans Liqasında 2-ci mərhələnin cavab matçları iyulun 27-də və 29-da keçiriləcək.
Avropa Konfrans Liqası
2-ci mərhələ
20 iyul
Domjale (Sloveniya) – Honka (Finlandiya) 1:1
Kauno Jalgiris (Litva) – TNS (Uels) 0:5
Priştina (Kosovo) – Konnah (Uels) 4:1
Folqore (San Marino) – Hibernians (Malta) 1:3