22 oktyabr 2024. Çərşənbə axşamı

Millimiz Macarıstan və Belarusla qarşılaşacaq


  • Offside
  • 01:33 21.07.2021
  • Oxunma sayı: 171
Millimiz Macarıstan və Belarusla qarşılaşacaq

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığı Bakıda davam etdirir.

Corner.az xəbər verir ki, hazırlıq planına uyğun olaraq yığmamız iyulun 26-na kimi paytaxtda təlim-məşqlərlə bərabər bir neçə yoxlama görüşü də keçirəcək.

Rəqib Avropa çempionatının iştirakçıları olacaq Belarus və Macarıstan milliləridir. Hər iki komanda artıq Bakıdadır və bu gün AVF-nin idman zalında ilk məşqini keçirib.

Yoxlama oyunları Azərbaycan Voleybol Federasiyasının idman zalında və Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Kompleksində keçiriləcək.

21 iyul
16:30. Azərbaycan – Macarıstan (FHN)

22 iyul
16:30. Azərbaycan – Belarus (FHN)

23 iyul
16:30. Azərbaycan – Macarıstan (AVF)

25 iyul
10:30. Azərbaycan – Belarus (AVF)







Offside