22 oktyabr 2024. Çərşənbə axşamı

Tokio-2020: Azərbaycan nümayəndə heyəti paraddan keçdi - FOTOLAR


  • Offside
  • 15:57 23.07.2021
  • Oxunma sayı: 149
Tokio-2020: Azərbaycan nümayəndə heyəti paraddan keçdi - FOTOLAR

Azərbaycan nümayəndə heyəti Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimindəki paraddan keçib.

Corner.az xəbər verir ki, tədbirdə 27 nəfərlik heyət iştirak edib. Onların arasında idmançılarla yanaşı, Azərbaycan yığmasının şef de-missionu Fərid Mansurov da yer alıb. Azərbaycan bayrağını cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova daşıyıb.

Azərbaycanı Olimpiya Oyunlarında 44 idmançı təmsil edəcək.

Tokio-2020-nin bağlanış mərasimi avqustun 8-də olacaq.









Offside