22 oktyabr 2024. Çərşənbə axşamı

Tokio-2020: İki cüdoçumuz mübarizəni dayandırdı


  • Offside
  • 08:55 24.07.2021
  • Oxunma sayı: 155
Tokio-2020: İki cüdoçumuz mübarizəni dayandırdı

Azərbaycan cüdoçusu Kəramət Hüseynov Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Corner.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 final mərhələsində gürcüstanlı Lukum Tsxvimiani ilə üz-üzə gəlib.

Rəqibinə ipponla məğlub olan Hüseynov mübarizəni dayandırmalı olub. O, daha əvvəl Eşli Makkenziyə (Böyük Britaniya) qalib gəlmişdi.

Bu gün yarışa qoşulan qadın cüdoçu Aişə Qurbanlı isə 1/16 final mərhələsində Katarina Koştaya (Portuqaliya) uduzaraq yarışla vidalaşıb.

Qeyd edək ki, Azərbaycan Tokio-2020-də 9 cüdoçu ilə təmsil olunur.







Offside