- Offside
- 13:25 24.11.2024
Azərbaycanın daha bir cüdoçusu Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Corner.az xəbər verir ki, 66 kq dərəcəsində Orxan Səfərov 1/16 final mərhələsində Yerlan Serikjanovla (Qazaxıstan) üz-üzə gəlib. Qazaxıstan təmsilçisinə əlavə vaxtda vazari xalı ilə uduzan Səfərov Tokio-2020 ilə vidalaşıb.
Bundan əvvəl Azərbaycanı təmsil edən iki cüdoçu – Kəramət Hüseynov və Aişə Qurbanlı da Tokio-2020 ilə vidalaşıb.