1 fevral 2026. Bazar günü

Tokio-2020: Skeytbordinq üzrə ilk olimpiya çempionu


  • Offside
  • 15:22 25.07.2021
  • Oxunma sayı: 214
Tokio-2020: Skeytbordinq üzrə ilk olimpiya çempionu

Yaponiyalı idmançı Yuto Horiqome olimpiadalar tarixində ilkə imza atıb.

Corner.az xəbər verir ki, o, turnirin tarixi ərzində skeytbordinq üzrə ilk olimpiya çempionu adını qazanıb. Horiqome skeytbordinqin “street” (küçə) yarışlarında qalib gəlib. Bu növdə gümüş medala braziliyalı Kelvin Hofer, bürüncə isə amerikalı Caqqer İtan yiyələnib.

Mükafatçılara medalları şüvüllə tullanma üzrə ikiqat olimpiya çempionu, rusiyalı Yelena İsinbayeva təqdim edib







Offside