25 noyabr 2024. Bazar ertəsi

Tokio-2020: Bacı - qardaş eyni gündə olimpiya çempionu oldu


  • Offside
  • 16:21 25.07.2021
  • Oxunma sayı: 137
Tokio-2020: Bacı - qardaş eyni gündə olimpiya çempionu oldu

Tokio-2020 Yay Olimpiya Oyunlarında yaponiyalı kişi cüdoçu Hifumi Abe və onun bacısı Uta Abe eyni gündə qızıl medal qazanıb.

Corner.az xəbər verir ki, Hifumi 66 kq, Uta isə 52 kq çəkidə olimpiya çempionu olub. Kişi cüdoçu finalda gürcüstanlı Vaja Marqvelaşvilini məğlub edib. Bu çəkidə Azərbaycanı təmsil edən Orxan Səfərov elə ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb.

Qadın tatami ustası isə həlledici qarşılaşmada fransalı Amandin Büşarı üstələyib.

Hifuminin Abenin 24, Utanın 21 yaşı var. Onlar hər ikisi karyeralarında ilk dəfə olimpiya çempionluğu əldə ediblər.







Offside