25 noyabr 2024. Bazar ertəsi

Tokio-2020: Fəridə Əzizova medal şansını itirdi - YENİLƏNİB - 2


  • Offside
  • 10:53 26.07.2021
  • Oxunma sayı: 216
Tokio-2020: Fəridə Əzizova medal şansını itirdi - YENİLƏNİB - 2

Azərbaycanın qadın teakvondoçusu Fəridə Əzizova Tokio-2020 Yay Olimpiya Oyunlarında medal şansını itirib.

"Report"un məlumatına görə, 67 kq çəki dərəcəsində çıxış edən idmançını 1/8 finalda məğlubiyyətə uğradan Peyc Makferson (ABŞ) finala adlaya bilməyib.

O, yarımfinalda Matea Jeliclə (Xorvatiya) bacarmayıb.

Beləliklə, Əzizova Tokio-2020-ni medalsız başa vurub.

***
Azərbaycanın taekvonduçusu Milad Beigi Hərçəqani Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Corner.az-ın məlumatına görə, 80 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda Nikita Rafaloviçlə (Özbəkistan) qarşılaşıb.

Hərçəqani rəqibinə 1:12 hesabı ilə məğlub olub. O, daha əvvəl Çin Taypeyini təmsil edən Liu Vey-Tinqə qalib gəlmişdi.

Qeyd edək ki, digər taekvondoçu Fəridə Əzizova (67 kq) ilk görüşdə Peyc Makfersona (ABŞ) uduzub.








Offside