22 oktyabr 2024. Çərşənbə axşamı

Azərbaycan güləşçiləri Tokioya yollanır


  • Offside
  • 16:33 27.07.2021
  • Oxunma sayı: 191
Azərbaycan güləşçiləri Tokioya yollanır

Azərbaycanı Tokio-2020 Yay Olimpiya Oyunlarında təmsil edəcək güləşçilər bu gün Yaponiyaya yola düşəcəklər.

Corner.az-ın məlumatına görə, milli komanda saat 16:45-də səfərə yollanacaq.

Qeyd edək ki, sərbəst güləş yarışlarında Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Şərif şərifov (97 kq), yunan-Roma güləşində Rafiq Hüseynov (77 kq), İslam Abbasov (87 kq), qadın güləşində isə Mariya Stadnik (50 kq) və Elis Manolova (68 kq) qüvvəsini sınayacaq.

Olimpiadada güləş yarışları avqustun 1-də başlayacaq.







Offside