22 oktyabr 2024. Çərşənbə axşamı

Daha bir cüdoçumuz medalsız qaldı


  • Offside
  • 10:07 28.07.2021
  • Oxunma sayı: 139
Daha bir cüdoçumuz medalsız qaldı

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Corner.az-ın məlumatına görə, 90 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində rusiyalı Mixail İqolnikovla qarşılaşıb.

Rəqibinə vazari xalı ilə uduzan Mehdiyev olimpiada da mübarizəni dayandırıb.

Qeyd edək ki, Azərbaycan Tokio-2020-də 9 cüdoçu ilə təmsil edilir. Daha əvvəl Kəramət Hüseynov (60 kq), Aişə Qurbanlı (48 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq) və Murad Fətiyev (83 kq) yarışı medalsız başa vurub. Orucov bürünc medal uğrunda görüşdə uduzub və 5-ci yerlə kifayətlənib.







Offside