- Offside
- 13:25 24.11.2024
Azərbaycanın daha bir boksçusu Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Corner.az-ın məlumatına görə, 81 kq çəki dərəcəsində yer alan Alfonso Dominges ilk görüşündə özbəkistanlı Dilşodbek Ruzmetovla üz-üzə gəlib.
Rəqibini 4:1 hesabı ilə məğlub edən Dominges 1/4 finala yüksəlib. O, bu raundda türkiyəli Bayram Malkanla qarşılaşacaq. Döyüş iyulun 30-da baş tutacaq.
Qeyd edək ki, Azərbaycan boksçularından daha əvvəl Cavid Çələbiyev (63 kq) və Məhəmməd Abdullayev (+91 kq) 1/8 finala vəsiqə qazanıb. Tayfur Əliyev (57 kq) və Lorenzo Sotomayor (69 kq) isə mübarizəni dayandırıb.