25 noyabr 2024. Bazar ertəsi

Sabahkı oyunda döyüşkən mübarizə gözləyir


  • Offside
  • 20:06 28.07.2021
  • Oxunma sayı: 139
Sabahkı oyunda döyüşkən mübarizə gözləyir

Rusiyanın “Soçi” komandasının baş məşqçisi Vladimir Fedotov Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Keşlə”yə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bildirib.

Corner.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“İki gün əvvəl çempionat oyununa çıxdıq. Təəssüf ki, 0:1 hesabı ilə uduzduq. Bərpa olunmaq üçün cəmi 2 gün vaxtımız oldu. Bunu bərpa məşqlərinə sərf etdik. Artıq Bakıdayıq. Sabah meydanda döyüşkən oyun gedəcək. Hazır olub-olmadığımızı da bu görüş göstərəcək. Bəzi oyunçularla bağlı problemlər var. Bu üzdən əvəzedicilərdən bir neçə oyunçunu komandaya cəlb etmişik. Müəyyən rotasiyaların olması istisna deyil. Bəzi oyunçular çox yüklənib. Bakıya bu gün gəlmişik. Sevinirik ki, hava çox isti deyil. Meydançanın süni örtüklü olması futbolçulara mənfi təsir göstərə, zədəyə yol aça bilər. Amma bu halla bütün komandalar üzləşir. Futbol istənilən havada, istənilən şəraitdə oynanılmalıdır.

İlk oyunda asan qələbə qazanmadıq. Kənardan elə görünə bilər. Amma ciddi müqavimətlə üzləşdik. Düzdür, bəzi qol vəziyyətlərindən yararlana bilmədik. Sabahkı oyunda döyüşkən mübarizə gözləyirik və buna hazırıq”.

SSRİ dönəmində futbolçu kimi Bakıda olan Fedotov burada “Neftçi”yə qarşı oyunlarını xatırlayıb: “Yenidən bura qayıtmaq çox gözəldir. Bakıda hər şey superdir. Gözəl şəhərdir, yaxşı azarkeşlər var, ab-hava yüksəkdir”.

Qeyd edək ki, iyulun 29-da “ASK Arena”da keçiriləcək “Keşlə” – “Soçi” oyununa saat 20:00-da start veriləcək. İlk görüşdə Bakı təmsilçisi 0:3 hesabı ilə uduzub.







Offside